ABŞ-dan Azərbaycana dəstək

media-hightechnic-468x90

49112ABŞ Azərbaycan qazının Avropaya çatdırılacağı layihəni dəstəkləyib.

Yenicag.az xəbər verir ki, Rusenergy xəbər verir ki, bu barədə ABŞ energetika naziri Ernest Moris deyib.

“ABŞ Avropa Birliyinə Transxəzərqaz qaz kəmərinin tikintisinin reallaşmasında tam dəstək verir”- deyə Moris bildirib.

Qeyd edək ki, Transxəzər qaz kəməri Rusiyadan kənar xəzəryani regionun Avropaya qaz nəqlini təmin edəcək cənubi qaz kəmərinə birləşmək üçün Azərbaycan və Türkmənistan resurslarını cəmləyir.

Avropa Birliyi öz strategiyası çərçivəsində “üçüncü enerji layihəsi”ni qəbul edib. Bu Rusiyanın “Qazprom” şirkətinin Avropa bazarına çıxışını ciddi şəkildə əngəlliyən bir layihədir. Bundan əlavə Avropa komissiyası “Qazprom”u Avropa Birliyinin rəqabət qanunlarını pozmaqda ittiham edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600