Reklam: High Technic
hightechnic

Abşeronda sərnişin avtobusu ilə yük maşını toqquşdu: YARALILAR VAR - FOTOLAR

Bakının Abşeron rayonunda özəl şirkətlərin birinə məxsus sərnişin avtobusu qəzaya uğrayıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Şirkətə məxsus 10-VJ-993 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin avtobusu hərəkət edən zaman onun qarşısına “Ford” markalı yük avtomobili çıxıb. Nəqliyyat vasitələrinin toqquşması zamanı avtobusda olan 1975-ci il təvəllüdlü Cahangirova Raifə Gülverdi qızı, 1976-ci il təvəllüdlü Hacıağayeva Şölə Sabir qızı, 1978-ci il təvəllüdlü Sadıqova Səidə Əliyoldaş qızı və 1973-cü il təvəllüdlü Abdıyev Qəhrəman Ağami oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Q.Abdiyevin vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

1504