ADQ toplantı keçirir

media-hightechnic-468x90

sabir_rustemxanliAzərbaycan Dil Qurumu (ADQ) İctimai Birliyi 2006-cı ildən rəsmi dövlət qeydiyyatına alınmış QHT-lərdən biri olaraq, ana dilinin qorunması, təbii imkanları hesabına inkişafı və təbliği ilə məşğuldur. ADQ indiyə qədər müxtəlif teledebatlar, konfranslar, dəyirmi masalar, sorğular keçirib, KİV-in dili və reklam lövhələri ilə bağlı hər il 4 dəfə olmaqla monitorinqlər aparıb, təbliğat çarxları hazırlayıb. Birliyin hazırda ana dilinin yazı qaydalarını təbliğ edən və onlayn qaydada Orfoqrafiya lüğəti yüklənmiş saytı (www.adq.az) fəaliyyət göstərir.

Azərbaycan Dil Qurumu olaraq oktyabrın 3-də, saat 14:00-da ziyalıların və dilçi mütəxəsislərin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində geniştərkibli toplantı keçirmək niyyətindəyik. Toplantıda Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası məsələləri müzakirə ediləcək.

Dövlət dilinin qorunması və inkişafı ilə bağlı təkliflərinizi eşitmək istəyi ilə sizin bu tədbirdə iştirak etməyinizi arzulayırıq.

Tədbirə iştirakınızı əvvəlcədən telefonla təsdiqləməyinizi xahiş edirik.
Ünvan: Mətbuat pr., 529-cu məh., bina 23
Telefon: 012 490 66 22
Sayğılarla,
Sabir Rüstəmxanlı
Azərbaycan Dil Qurumunun başqanı,
Millət vəkili, Xalq Şairi

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600