AFFA 4 klubu cərimələdi

media-hightechnic-468x90

AFFA Azərbaycan Premyer Liqasında çıxış edən 4 klubu cərimələyib.

Yenicag.az xəbər verir ki bu barədə qərar qurumun İntizam Komitəsinin növbəti iclasında qəbul olunub.

Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt təmsilçisi 700 manat cərimələnib.

Sentyabrın 28-də baş tutan “Neftçi” – “Sumqayıt” görüşündə 6 futbolçusu sarı vərəqə cəzası aldığından Sumqayıt komandası 700 manat cərimələnib. Eyni məbləğdə cərimə “Şamaxı” və “Turan Tovuz”a da şamil edilib. Buna səbəb sentyabrın 29-da Şamaxıda sözügedən komandalar arasında keçirilən görüşdə meydan sahiblərinin 4, Tovuz təmsilçisinin isə 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa