AFFA rəsmisi UEFA-dan təyinat aldı

media-hightechnic-468x90

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Milli assosiyasiyanın mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

Matçı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa