Ağadadaş Ağayevin ƏN BÖYÜK QORXUSU: “Onu itirə bilərəm”
“Düşündüm ki, qızımın sahibi mən deyiləm ki, Allahdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev “Günə uğurla” verilişində deyib.
Sənətçi illərdir xəstəlikdən əziyyət çəkən övladından danışıb və onu itirmək qorxusunu dilə gətirib:
“Qızım xəstədir, başqa yerə gedəndə narahat oluram. Epilepsiyası da var. Çox narahat yaşayıram. Konsertə gedəndə yarı fikrim onun yanında qalır. Bir gün düşündüm, qızımın sahibi mən deyiləm ki, Allahdır. Yəni qızımın yanında ola-ola da onu itirə bilərəm, olmayanda Allah onu yaşadar”.
Nehru













