Ağdam rayon icra hakimiyyətinin qarşısında aksiya keçirilir.
Yenicag.az xəbər verir ki, Ağdam rayon Eyvazlı kənd sakinləri içməli və suvarma su tələbi ilə icra hakimiyyətinin qarşısında toplanıblar.
Əldə etdiyimiz məlumata görə, Eyvazlı kəndindən 40-dan çox adam aksiyada iştirak edir.
Aksiya iştirakçıları ilə İcra Hakimiyyətinin nümayəndələri görüşərək, onları sakitləşdirməyə çalışırlar.
Etirazçılar su problemi həll olunana qədər aksiyalara davam edəcəklərini bildiriblər.
Əldə etdiyimiz məlumata görə, rayonun Qərvənd kənd sakinləri də su probleminə görə aksiya keçirəcək.
Qeyd edək ki, Ağdam rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.
Səxavət Məmməd