Ağır qəzadan danışan Manaf Ağayev: "O mənim..."

media-hightechnic-468x90

Hacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi VAZ-2106 markalı 63 BA 432 dövlət nömrə nişanlı avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi “Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub.

M.Ağayevin tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu deyilir.

Yeniçag.az-a açıqlama verən Manaf Ağayev xəbəri təəccüblə qarşıladı:

“O mənim qohumum deyil. Mahir Ağayev adlı adam tanımıram. Bunu hardan uydurublar?”

Cəvahir

Yeniçag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa