!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağstafada partlayış - Ölənlərin kimlikləri bəlli oldu - YENİLƏNDİ

!Reklam – Yazi

Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

Ağstafa rayon prokurorluğundan Yenicag.az-a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı zamanı baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq aparılır.

***

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

DİN rəsmisi qeyd edib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb:

“İlkin araşdırmalar zamanı ölən şəxslərin Ağstafa rayonu Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir”.

***

Ağstafada bədbəxt hadisə baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, kömür sexində partlayış nəticəsində 2 nəfər ölüb.

Hadisə Vurğun qəsəbəsində qeydə alınıb.

COP29

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv