Ağsuda sərxoş və narkotik vasitənin təsiri altında olan sürücülər saxlanıldılar

media-hightechnic-468x90

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə avtomobil idarə edən Rafiq Umudov və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən Fərəc İsgəndərzadə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, saxlanılan zaman R.Umudov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişi pozub.

Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib. R.Umudov məhkəmənin qərarı 30 sutka inzibati qaydada həbs olunub.
F.İsgəndərovun isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barəsində intizam tədbiri görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600