Aktrisa aktrisaya bənzəyər, yetər ki, doktoru yaxşı olsun – Foto

1.Deniz Akkaya – Liv Tyler


Türk aktrisası və model Deniz Akkayanın hələ məşhur olmadan öncə amerikan aktrisası Liv Tylerə bənzəmək üçün xeyli sayda əməliyyat keçirdiyi deyilir.
2.Tülin Şahin – Cindy Crawford


Model Tülin Şahinin məşhur aktrisa Cindy Crawforda bənzədiyi aydın şəkildə görünür. Lakin, keçmiş şəkillərinə baxsaq Tülinin dodağının üstündəki xalın olmadığını görərik. Buda modelin aktrisaya bənzəmək üçün çalışdığının sübutudur.
3.Melike İpek Yalova – Türkan Şoray


Daha çox “Muhteşem Yüzyıl” serialı ilə tanınan aktrisa Melike İpek Yalova əfsanəvi aktrisa Türkan Şoraya bənzərliyi ilə də məşhurdur. Melisanın Türkay Şoraya bənzəmək üçün əməliyyat keçirdiyi iddia edilir.
4.Utku Uysal – Seda Sayan


İstanbul gecələrinin tanınmış simalarından olan müğənni Utku Uysal Seda Sayana bənzəmək üçün saysız əməliyyat keçirib. Bundan başqa, daha iki məşhur müğənni Lerzan Mutlu və Songül Karlı inkar etsələr də, özlərini Seda Sayana oxşatmağa çalışdıqları göz önündədir.
5.Çiğdem Çelik – Kim Kardashian


“İşte benim stilim” yarışmasının yarışmacılarından olan Çiğdem Çelik Kim Kardaşyana bənzəmək üçün əməliyyat olunub.
6.Nil Anka – Angelina Jolie


“Bu tarz benim” yarışmasında iştirak etmiş Nil Anka kumir olaraq özünə Angelina Jolieni seçib.
7.Bulut Duman – Ricky Martin


19 yaşında 19 əməliyyat keçirən Bulut Duman adlı gənc müğənni özünü Ricky Martinə bənzədib.
8.Çiğdem Savaş – Tansu Çiller


Bir zamanlar filmdə Tansu Çiller rolunu oynayacağı üçün əməliyyat keçirərək ona bənzəməyə çalışan gənc maniken Çiğdem Savaş qısa müddətdə o qədər məşhurlaşdı ki, onu filmə çəkməkdən imtina etdilər.
9.Gamze Balım – Petek Dinçöz

Can Tanrıyarın sevgilisi model Gamze Balımın, Canın keçmiş həyat yoldaşı Petek Dinçozlə oxşarlığı diqqətdən yayınmayıb.