Aktyordan keçmiş fotosunu YAYANLARA: “Yersiz hərəkətləri sevmirəm”

media-hightechnic-468x90

“Ümumiyyətlə, lazımsız və yersiz  hərəkətləri sevmirəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib.

Aktyor bu günlərdə əlində papaq guya dilənməsi ilə bağlı yayılan fotosuna münasibət bildirib.

O, İllər öncə zarafatla dostunun mağazasında çəkilən fotonun yayılması və başqa cür qələmə verilməsindən narazılığını ifadə edib:

“Əlimdə papaq və içində qəpiklər olan o şəkil 10-12 il əvvəl dostumun mağazasında zarafatla çəkilib. Mən elə həmin vaxt o şəkli sosial şəbəkədə “Mən və bəzi aktyorlar bu vəziyyətə düşməyiblər, amma düşə bilərlər” şərhi ilə paylaşmışdım. Yəni yumorla paylaşmışdım, ciddi məqsədlə yox. Yəqin ki, o foto kimdəsə qalıbmış, illər keçəndən sonra paylaşıb. Eybi yox, özü bilər, amma belə hərəkət mənim xoşuma gəlmədi. Ümumiyyətlə, lazımsız və yersiz hərəkətləri sevmirəm”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600