Alla Puqaçova kommunal borclarına görə məhkəməyə verilib

media-hightechnic-468x90

Rusiyanın məşhur müğənnisi Alla Puqaçova Moskvanın mərkəzindəki mənzilinin kommunal borclarını ödəmədiyi üçün məhkəməyə verilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı Moskvanın Presnenski Rayon Məhkəməsinin mətbuat xidmətinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət Arbatda yerləşən mənzildən gedir. Məlum olub ki, sənətçinin istilik təchizatı şirkətinə təxminən 8.7 min rubl borcu yaranıb. İddianın baxılma tarixi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, ötən ilin noyabrında vəkil Qleb Rıskov bildirib ki, Puqaçova Solneçnoqorskda İstra çayının sahilindəki mülkündə yerləşən pirsi sökməyə məcbur ediləcək. O zaman “Rosvodresurs”un yoxlaması müğənninin sahil ərazisindən qanunsuz istifadə etdiyini üzə çıxarmışdı. Qeyd olunurdu ki, Puqaçovaya məxsus torpaq sahəsindən istifadənin qanuniliyi ilə bağlı müvafiq tədbirlər bir sahibkarın müraciətindən sonra başlayıb. Bu il yanvarın 14-də məhkəmə Rıskovun iddiasını təmin etməyib./oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05