!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Allahşükür Paşazadə: “Ermənilər bunu təkbaşına etməyiblər"

!Reklam – Yazi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 31 Mart – Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirdib.

Yenicag.az xəbər verir ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edərək bildirib ki, Allah 200 il əvvəl erməniləri bizə qonşu olaraq göndərdi, amma təəssüf ki, bu qonşu mənfur çıxdı:

“Ermənilər Azərbaycanlılara qarşı dəfələrlə soyqırım həyata keçiriblər. Ermənilər 1918-ci ildə Azərbaycann müxtəlif bölgələrində azərbaycanlıları kütləvi şəkildə öldürüb, xalqımıza qarşı soyqırım törədiblər. Düzdür, ermənilər bunu təkbaşına etməyiblər, həmişə havadarları olub. Onlar Azərbaycan torpaqlarında məskunlaşdıqdan sonra torpaq iddiasına qalxdılar, bu azmış kimi “Böyük Ermənistan” ideyasını ortaya atdılar. Ermənistanın hazırki paytaxtı İrəvan şəhəri qədim Azərbaycan torpağıdır. Yadımdadır, hələ o vaxt bizimkilər orda namaz qılanda narahat olurdular ki, ermənilər buraları murdarlayacaq”.

Qafqazın şeyxi onu da qeyd edib ki, Xocalı faciəsi ermənilərin törətdiyi daha bir soyqırımdır:

“Ermənilər Qarabağda vəhşilik törədərək uşaq, böyük demədən, əllərinə keçənləri işgəncə ilə öldürüblər. Bəzi meyitlər və yaralılar gəlirdi ki, onların üzərində xaç işarəsi vardı. Onlar həm də dini müharibə aparırdılar”.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “31 mart soyqırım”ı haqqında danışaraq bildirib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb:

“Erməni vəhşiliyini dünyaya yaymalıyıq. Bunun üçün əsas iş gənc nəslin üzərinə düşür”.

Dini komitənin rəhbəri Xocalı faciəsi haqqında da danışaraq qeyd edib ki, ermənilər bunu hərbi əməliyyat kimi qələmə vermək istəsə də, bu cəhdləri baş tutmayıb:

“Çünki ermənilərin Xocalıda törətdiyi hərbi əməliyyat yox, dinc əhaliyə divan tutmaq idi. Həmin faktlar dünyaya çatdırılıb. Ermənilər dinc əhaliyə qarşı soyqırım törədib”.

Tədbirdə Azərbaycandakı dini konfessiya rəhbərləri dünya ictimaiyyətinə müraciət qəbul etdilər.

Səxavət Məmməd
Foto: Cəmalə Əlizadə

COP29

www.yenicag.az

3237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv