Ançelotti Ferqyussonun rekordunu təzələdi

media-hightechnic-468x90

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda evdə “Bayern”i məğlub edən (2:1) “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti yeni rekord gerçəkləşdirib.

Yenicag.az xəbər verir ki, informasiyanı jurnalist Uil Cins yayıb.

Xəbərə görə, bu matç italiyalı mütəxəssis üçün turnirdəki karyerasında 203-cü oyun olub. Bu göstəriciyə görə o, “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyusonun (202) rekordunu təzələyib.

Çempionlar Liqasında çıxışlarının sayına görə ilk “beşliy”ə Arsen Venger (190), Pep Qvardiola (171) və Joze Mourinyu (151) daxildir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa