Aqşin Fateh meyxananı buna görə atdı

media-hightechnic-468x90

Tanınmış meyxanaçı Aqşin Fateh uzun fasilədən sonra yenidən sənət aləmində görünüb.

Meyxana ilə vidalaşan sənətçi Yenicag.az-a açıqlamasında bizneslə məşğul olduğunu deyib:

“10 il idi ki, sənət aləmindən uzaq idim. Bu müddət ərzində Həcc ziyarətində oldum və qərara gəldim ki, meyxana ilə vidalaşım. Artıq bizneslə məşğulam, oradan gələn qazancı kinoya yatırtmaq niyyətindəyəm. Bununla bağlı artıq ilk addımı atmışam. “Barama” adlı serialın layihə rəhbəriyəm. Özüm də aktyor kimi həmin serialda rol almışam”.

Aqşin Fateh hansı bizneslə məşğul olduğunu açıqlamasa da, gəlirindən narazı olmadığını dedi.

Belə başa düşdük ki, keçmiş meyxanaçı kino industriyasına sərmayə qoymaqla gəlirini daha da artırmaq niyyətindədir. O, eyni zamanda özünü aktyor kimi də sınayacaq.

Cəvahir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600