Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı yeni müavininin təyin edilməsi barədə bu gün sərəncam imzalayıb.
Ana Vətən Partiyasının mətbuat xidmətindən Musavat.com-a daxil olan məlumata görə, həmin sərəncama əsasən, “Hilal” İctimai Birliyinin sədri, ictimai fəal Arzuman Abdulkərimov Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavini təyin olunub.
A.Abdulkərimov 1972-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Milli Azadlıq Hərəkatında və ictimai-siyasi proseslərdə fəal iştirak edib.
2015-ci ildən Hilal Sosial Araşdımarlar İctimai Birliyinin təsisçisidir. Bir sıra Beynəlxalq və ümumrespublika konfranslarında Azərbaycan dövlətinin əleyhinə yönələn xarici və daxili siyasi kampaniyalara qarşı aktiv və prinsipal mövqe sərgiləyib. Müasir dünyagörüşü, yüksək intelekti və inovativ biliyilə fərqlənən ictimai-siyasi fəal kimi cəmiyyətdə ciddi nüfuz qazanıb.
www.yenicag.az