Avtobus aşdı – Ölən və yaralananlar var

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb.

Yenicag.az xəbər verir ki, hadisə noyabrın 16-sı səhər saatlarında Aksaray-Ankara avtomobil yolunda baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb havanın dumanlı olub.