Avtobuslarda sərnişin-sürücü davaları: Bu gərginlik nədən qaynaqlanır? - VİDEO

media-hightechnic-468x90

Azərbaycanda zaman-zaman sosial şəbəkələrin gündəm məsələlərinə çevrilən mövzulardan biri də avtobuslarda sərnişin-sürücü davalarıdır.

Bir çox hallarda avtobusun gecikməsi, yollardakı nəqliyyat sıxlığı, insanların psixoloji durumlarındakı gərginlik hər hansısa bir formada partlayışa səbəb olur.

Xatırladaq ki, ötən gün Məmmədli qəsəbəsi – “Koroğlu” marşrutu üzrə hərəkət edən 217 nömrəli avtobusda baş verən dava yenə də ağıllara sürücü-sərnişin münasibətindəki problemləri gətirib.

Yenicag.az-la söhbətində sosioloq Üzeyir Şəfiyev mövcud məsələyə toxunaraq söyləyib ki, sərnişinlər sürücünün təhlükəsizliyinə qayğı ilə yanaşmalı, ona yuxarıdan-aşağıya baxmamalıdır.


O, əlavə edib ki, sürücülərin də bu məsələdə problemləri var: “Çünki nəqliyyatda növbəlilik rejimi təmin olunmayıb. İşin ağırlığını nəzərə alaraq, sürücülərin istirahəti təmin olunmalı, tez-tez vaxtları dəyişdirilməlidir”.

Ətraflı videonu təqdim edirik:

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600