Avtomobil piyadanı vuraraq öldürüb-Foto

media-hightechnic-468x90

5fb3f595dab73c22846aa90f4cd27e57Sabunçu rayonunun Maştağa qəsəbəsində isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə qəsəbənin Xanlar küçəsində qeydə alınıb. “Mersedes” markalı minik avtomobillə Buzovnadan Maştağa istiqamətində hərəkətdə olan Nizami Ramiz Oğlu Quliyevin qarşısına qəflətən 2 piyada çıxıb. O, piyadalardan birini vurub.

Hələlik kimliyi bilinməyən piyada aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisədən dərhal sonra əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerinə baxış keçirilib. Meyit isə müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə göndərilib. Qəzanı törədən avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Sürücü Nizami Quliyev izahatının alınması üçün rayon polis idarəsinə dəvət olunub. Faktla bağlı cinayət işi başlanıb. Qəzanın hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600