QretaTunberq iqlim aktivisti adı altında başından böyük açıqlamalar verir. Türkiyənin daxili işlərinə qarışaraq özündən böyük işlərə burnunu soxur. Türkiyənin cənub-şərqinə “Kürdistan” deyən, ölkənin ərazi bütövlüyünü rədd edərək Türkiyəni ağır ittihamlarla hədəfə alan, PKK terror təşkilatının tələblərini səsləndirən və özərklik tələb edən bu ruhi problemi olan şəxsin ölkəyə girişinə qadağa qoyulmalı və ona qarşı hüquqi tədbirlər görülməlidir!”
Yenicag.az xəbər verir bu sözləri “X” hesabında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar yazıb:
“Onu maliyyələşdirənlər anoreksiya, depressiya və asperger sindromundan əziyyət çəkən bir xəstəni manipulyasiya edərək və iqlim dəyişikliyinə makiyaj vurmaqla necə bir dünya qurmağa çalışırlar?! Milyonlarla insan necə bir dəlinin sözləri ilə dünyanın müxtəlif yerlərində küçələrə axışaraq hər cür təxribat törədə bilirlər?!
Avstraliyalı psixoloq Dr. Maykl Karr Qreqqin bu mövzu ilə bağlı açıqlamasını yenidən paylaşmaq lazım gəlir:
“Qreta duyğu pozuntuları qrupu olan depressiyadan əziyyət çəkir. Belə bir uşağı manipulyasiya etməyimiz məni çox narahat edir”.
Fikrimcə, təkcə müalicə yetərli deyil, onun ruhi xəstəxanaya yerləşdirilməsi də vacibdir”.
Rafi Müslümov
www.yenicag.az