Aytən Cavanşir: “Sevgiyə inanıram, sülhə ümid edirəm” – FOTO

media-hightechnic-468x90

“Sevgiyə inanıram, sülhə ümid edirəm…”

Bu sözləri Yenicag.az-a açıqlamasında yazıçı Aytən Cavanşir deyib.
O, yenicə çapdan çıxan və qısa müddətdə böyük maraqla qarşılanan “Barışıq” romanı ilə bağlı fikirlərini bölüşüb:

“Barışıq”da Azərbaycan tarixinin ən ağrılı səhifələri yer alıb. Romanın baş qəhrəmanı, uzun illərdir Londonda yaşayan Ümid Bəyazovdur. Müharibə və sülh arasında böyük bir ağrı gizlənir. O uçurumdan çıxış yolu yalnız barışıqdır. Romanımın məqsədi də məhz bu ali ideyanı çatdırmaqdır. Hadisələr həm Azərbaycanda, həm də İngiltərədə cərəyan edir. İnanıram ki, bəşəriyyətin xilası sevgi və sülhdən başlayır. “Barışıq” romanımda bütün bu müqəddəs dəyərlər əks olunub.”

media-whatsapp-image-2025-07-31-at-11-38-53-1

Avqustun 10-da kitabın imza günü keçiriləcək.

Qeyd edək ki, ədəbiyyata “Vəkil” romanı ilə gələn Aytən Cavanşir “Ayaqlarım üşüyürdü”, “Pərdələri çəkin” kitablarının, eləcə də “Qayıtmasam da, gözlə” romanının müəllifidir. Yazıçı həmçinin “Tikanlıqda şərqi deyənlər” əsərinin Azərbaycan dilinə tərcüməçisidir.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa