Azər Sarıyev: Korrupsiya? ABŞ-a olar…

media-hightechnic-468x90

 azer sariyevBizim bəzi müxalif çevrələrinin ağsaqqallarından ikisi Devid Kramer və Riçard Kozlariç yenə ölkəmiz əlehinə “gözələrini yumub, ağızlarını” açıblar. Onların nə dediyi vecimə də deyil. Çünki elə canıyanandırlarsa, əvvəlcə öz ölkələrində həbs olunan bloggerlərin, tənqidə və şikayətə görə işdən çıxarılan vətəndaşlarının qayğısına qalsınlar. ABŞ-da insan hüquqlarının pozulması ilə bağlı “Qərbli seyidlərin cəddinə arxayınçılıq” adlı məqaləmdə yazdığım üçün həmin məsələlərin üzərində çayanmaq isəmirəm. Bu dəfə başqlalarını büdcə oğurluğunda, korrupsiyada günahlandıran, özünün quluna çevirmək istədiyi ölkələrdə belə məsələləri “üzə çıxarmaq” üçün ayrıca “araşdırıcı” jurnaısit, QHT korpusu saxlayan ABŞ-dakı korrupsiya barədə bir-iki qeydimi bölüşmək istədim. Həvəsiniz olsa, özünüz də bundan qat-qat çox fakt əldə edə bilərsiniz…

 

…2013-cü ildə ABŞ səhiyyə sisteminin inkişafına xidmət edəcək saytın ətrafında skandal yaşandı. Həmin veb səhifənin qurulması və işləməsi üçün müsabiqə elan olunan zaman həmin layihəyə 93.7 mln. dollar ayrıldğı bildirilmişdi. Lakin nədənsə müsabiqə keçirilmədi və Prezident Barak Obamanın xanımı Mişel Obamanın tələbə yoldaşı Toni Tauns-Uitlinin vitse-prezidenti olduğu CGL Group layihəni uddu (http://dailycaller.com/2013/10/25/michelle-obamas-princeton-classmate-is-executive-at-company-that-built-obamacare-website/ ). Eyni zamanda, nəyə görəsə layihənin büdcəsi, heç bir izahat verilmədən  artırılaraq 700 000 000 dollara çatdırıldı.  Niyə? Bu suala hələ də cavab verilməyib. Sadəcə ötən ilin sonunda Prezident Obama veb-səhifənin yarıtmaz fəaliyyətinə görə üzr istəyib. Bütün dünyada korrupsiyanın səviyyəsini ölçmək kimi müstəsna hüquqa yiyələnmiş  beynəlxalq qurumlar (əksəriyyətinin mərkəzi ofisləri ABŞ-dadır) isə nədənsə bu korrupsiya faktına göz yumdular.

Ümumiyyətlə, ABŞ-ın səhiyyə və təhsil sahəsində maliyyə fırıldaqlarının illik həcmi 60 milyard dollar civarında qiymətləndirilir (http://www.washingtonpost.com/wp-dyn/content/article/2008/06/12/AR2008061203915.html). Sözügedən məsələ zaman-zaman Birləşmiş Ştatlar cəmiyyətin media qurumları tərəfindən müzakirə mövzusu olur. Təkcə “Vaşinqton Post” qəzetində axtarış versəniz, sözügedən məsələ ilə bağlı çoxlu araşdırmalara rast gələrsiniz.

10867051_881322388569152_432025097_nBelə faktlar Amerika cəmiyyəti üçün yenilik deyil. Hərbi və kəşfiyyat sahəsində isə milyard dollarlarla ölçülən yeyintilərin hesabatı verilmir. Faktları gözdən keçirdikdə, belə qənaətə gəlmək olur ki, bu sahədə əsl özbaşınalıq hökm sürür. Hərbçilər üçün qolf meydanaçasının tikintisindən tutmuş, reallaşdırılmayan, kağız üzərində qalan layihələrə qədər müxtəlif adlar altında milyard dollarlarla vəsait “yeyilir”(http://inosmi.ru/overview/20121217/203453775.html;  http://expert.ru/expert/2013/07/optimalnyij-podhod/). Bütün bunlara baxmayaraq, vətəndaşın nə fikirləşdiyi veclərinə belə deyil. Büdcə saymazyana şişirdilir və talan edilir. Məsələn, keçən il Əfqanıstanda ABŞ hərbi hospitalı üçün bir qallon (təxminən 4 litr) dizel yağı 500 dollara sənədləşdirilmişdi.

Hələ 1999-cu ildə, ABŞ-ın müdaifə naziri Ramsfeld deyirdi ki, Pentaqonun büdcəsinin dörddə birinin hara xərcləndiyi bəlli deyil. Təsəvvür edin, bunu hərbi sahəyə başçılıq edən rəsmi şəxs deyir. Ötən ilin ilin göstəricisi də “pis” deyil: ortada 8,5 milyonun hara və necə getdiyi barədə düz-əməlli sənəd yoxdur (http://www.washingtonsblog.com/2013/11/8-5-trillion-taxpayer-money-doled-congress-pentagon-since-1996-never-accounted.html).

Belə nəticəyə gəlmək olur ki, “yuxarılar”ın korrupsiyaya bulaşması “aşağılar” üçün adi haldır. ABŞ vətəndaşı da korrupsiyanın ildən-ilə çiçəklənməsinin fərqindədir. Nüfuzlu Gallup institutunun  apardığı araşdırmanın nəticələrinə görə, amerikalıların 80 faizindən çoxu belə hesab edir ki, ölkələrində korrupsiyanın səviyyəsi yüksələn xətlə artır. ABŞ Departamenti isə başqa ölkələrdə korrupsiyanın səviyyəsi ilə bağlı hesabat aparır.

Azər Sarıyev

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600