Azərbaycan ağırlıqqaldıranı Olimpiya medalından məhrum edilib

media-hightechnic-468x90

Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairovun 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal ümidləri boşa çıxıb.

Yeniçağ.Az-ın Report-a istinadən məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi 94 kq çəki dərəcəsində çıxış etmiş idmançını cəzalandırıb.

Buna səbəb kimi onun “London-2012”-dəki dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. İdmançının dehidroxlormetiltestosterondan (turinabol) yararlandığı üzə çıxıb. Zairov Olimpiadada tutduğu 6-cı yerdən və buna görə aldığı diplomdan məhrum edilib.

Qeyd edək ki, İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi də müsbət nəticə verib. Eyni zamanda Zairov 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

“London-2012”də də eyni halla üzləşməsi Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600