Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan çempionu olan məşhur erməni qadın killer necə məhv edildi?

1987-ci ildən başlayaraq ermənilər Qarabağda fəallaşmağa başladılar. Ermənilər məhz rus emissarlarının köməyi ilə Qarabağda öz fəaliyyətlərini genişləndirir, azərbaycanlılara qarşı təxribat planlarını həyata keçirdirdilər.

1988-ci ildən isə ermənilər Qarabağın müstəqilliyini tələb etməyə başladılar. Artıq mütəşəkkil silahlı dəstələr formalaşdıran ermənilər 1988-ci ildən qədim Azərbaycan torpağı olan Zəngəzurda yerli əhalini deportasiya etməyə başladılar. Qarabağda olan və ASALA terror təşkilatının xeyir-duasıyla yaradılan terrorçu qruplar Zəngəzurda qırğınlar törətməyə başladılar. Bu qırğınlarda iştirak edən terrorçuların içərisində erməni qadını Marqarita Sarkisyan da var idi. Öz qəddarlığı ilə seçilən bu qadın, ASALA terror təşkilatının ən fəal üzvlərindən biri idi.

Marqarita Sarkisyan 1960-cı ilin fevralında Xocavənd rayonunda anadan olmuşdu. 1971-ci ildə ailəsi ilə Xankəndinə köçən Marqarita burada məktəbin hərbi hazırlıq müəllimi olan Qurgen Markaryanın təsiri altına düşür. Xankəndində öz millətçiliyi ilə seçilən və azərbaycanlılara qarşı xüsusi bir nifrəti olan Qurgen Markaryan azyaşlı uşaqları öz təsiri altına salır, onlardan istifadə edirdi. Qurgen Markaryan özünün xüsusi dəstəsi kimi təqdim etdiyi məktəblilərə silahdan istifadə qaydaları öyrədir, onları gələcəkdə baş tutacaq döyüşə hazırlayırdı. 16 yaşına qədər Qurgen Markaryandan dərs alan Marqarita 1976-cı ildə Xankəndi Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olur. Burada da öz əməlindən qalmayan Marqarita seçdiyi erməni uşaqlarını Qurgen Markaryanla tanış edirdi. Peşəkar atıcı kimi yetişən Marqarita 1978-ci ildə atıcılıq üzrə Azərbaycan çempionu olur. Marqarita peşəkar idmançı kimi keçmiş SSRİ çempionatında da iştirak edir. Xankəndi ipək fabrikində işləməyə başlayan Marqarita burada özünü lider kimi aparmağı bacarır. 1988-ci ildə Qarabağda başlayan mitinqlərin təşkilatçılarından biri olan Marqarita o zaman Qarabağdakı “Krunk” təşkilatının ideoloji bölməsinin rəhbəri, Xankəndi ipək fabrikinin “partkom”u, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ilə möhkəm dost idi. Məhz Koçaryanın xeyir-duası ilə və ASALA terror təşkilatının maliyyə dəstəyi ilə qızlardan ibarət “Xatun” snayper qrupunu yaradır.

1991-ci ildə Qurgen Markaryan və 5 keçmiş tələbəsi erməni silahlı dəstələrinin tərkibində əməliyyat zamanı öldürülür. Məhz bundan sonra Marqarita Sarkisyan aktiv döyüşlərə atılır. Bu snayper qrupu həm də təxribat-diversiya qrupu kimi də fəaliyyət göstərirdi. “Xatun” qrupunda 12 erməni qızı var idi. Bu dəstənin üzvlərinin böyük hissəsi Ağdərə ətrafında gedən döyüşlər zamanı Azərbaycan əsgərləri tərəfindən məhv edildi. Bundan sonra dəstənin iki üzvünü də götürən Marqarita Sarkisyan Yerevana gedir və burada yeni dəstəsini formalaşdırmağa başlayır. 1992-ci ilin aprelində yeni dəstəsi ilə Marqarita Sarkisyan Daşaltına gəlir. Burada əsgərlərimizi hədəf seçən dəstənin bir neçə üzvü snayperlərimiz tərəfindən öldürülür. 1992-ci ilin aprelin 27-də “Xatun” snayper qrupunun sağ qalan üzvləri kəşfiyyatçılarımız tərəfindən məhv edilir. Dəstənin başçısı Marqarita Sarkisyan aradan çıxmağı bacarır. Gorusa gedən Marqarita Sarkisyan özünə yeni dəstə formalaşdırır. Marqarita, 1993-cü ilin avqustun əvvələrində Qubadlı ətrafında döyüşlərə qatılır. Lakin snayperlər qrupu elə ilk döyüşdəcə igid əsgərlərimiz tərəfindən sıradan çıxarılır. Öz qəddarlığı ilə seçilən və ermənilər arasında “killer” ləqəbi ilə tanınan Marqarita Sarkisyan da bu döyüşdə məhv edilir.

Qoşqar Salmanlı

www.yenicag.az

2161
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100