!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

!Reklam – Yazi

Azərbaycan Qış İdman Növləri Federasiyasının xizək alpinizmi üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Yenicag.az-ın məlumatına görə, əldə olunan nəticəyə əsasən, ISMF tərəfindən Dünya Kubokunun Şahdağda keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2025-ci ilin 11-12 yanvar tarixlərində “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı qərar bu ilin 9-10 mart tarixlərində Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.

COP29

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv