!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan klubunun sponsoru kimdir? - Qızı atasından məşhurdur - VİDEO

!Reklam – Yazi

2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” futbol klubunun sponsoru açıqlanıb.

Yenicag.az xəbər verir ki, paytaxt təmsilçisinin büdcəsi əsasən “Bridge Group of Companies” və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşacaq.

Qeyd edək ki, 2017-ci ildə yaradılan “Sabah”ın təsisçisi “Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynovdur. Bundan başqa o, “Bridge Plaza” biznes mərkəzinin, o cümlədən “Global İnteriors Group” şirkətinin təsisçisidir.

Onu da qeyd edək ki, Yaqub Hüseynovun qızı Fidan Hüseynova atasından daha məşhurdur. Hazırda 12 yaşı olan Fidanın adı 2016-cı ildə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan şəxs kimi Azərbaycan istedadlarının “Qızıl kitabı”na daxil edilib.

Fidan 4 il əvvəl də fransız müğənni Lara Fabianın Bakı konsertində çıxış edib. Gənc istedad ulduz müğənni ilə birgə “Je t’aime” mahnısını oxuyub. Ardınca müğənninin İstanbuldakı konsertində səhnə alıb. Bundan başqa Yaqub Hüseynovun qızının ifa etdiyi “Tell me Why” adlı mahnıya klip də çəkilib.

Emin Səfərov

www.yenicag.az

4180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv