Azərbaycan nefti ucuzlaşdı

media-hightechnic-468x90

baa3cef3-dcd1-4c20-ad18-2d2a427e62d9_292Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,78 dollar yaxud 3,30% ucuzlaşıb.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 52,21 dollara bərabərdir.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.(Report.az)

media-ziraat-728x90

Azərbaycan nefti ucuzlaşdı

media-hightechnic-468x90

89103CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 57,91 dollar/barel təşkil edib.

Yenicag.az  xəbər verir ki, ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü Trend-ə verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən nisbətən 0,56 dollar/barel azalıb.

“Azeri Light” neft növü Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, “Azeri Light” Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 55,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 2-də 52,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti aprelin 2-də 54,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,39 dollar/barel azdır.

“Qafqazinfo”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600