CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 66,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 64,03 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır./Trend/
www.yenicag.az