!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nikel və ondan hazırlanan məmulatların idxalına xərcini azaltdı

!Reklam – Yazi

Ötən il Azərbaycana 3,5 milyon ABŞ dolları dəyərində nikel və ondan hazırlanan məmulatlar idxal edilib.

Bu barədə Yenicag.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 1,9 milyon ABŞ dolları və ya 35,5% azdır.

Dövr ərzində nikel və ondan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalında 0,02% paya malik olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1,3 milyard manatlıq məhsul istehsal edilib. Hazır metal məmulatlarının istehsalı sahəsində 38,9%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,1% artım müşahidə olunub.

2024-сü ildə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,5 dəfə, alüminium məmulatlarının istehsalı 72,1%, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 20%, izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 17,9% artıb./Trend/

www.yenicag.az

197
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv