“Azərbaycan, Türkiyə və Gürcüstanın qardaşlığı əbədidir”

media-hightechnic-468x90

ilham eliyev dfvb052“Bu gün Türkiyə-Azərbaycan birliyi dünya miqyasında artıq inkaredilməz faktordur.

media-banner_tkm

Türkiyə dünya birliyinin önəmli ölkəsidir, Azərbaycanın da imkanları artır. Biz enerji və nəqliyyat layihələri həyata keçirməklə birliyimizi daha da gücləndiririk. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təməl daşı da Qarsda qoyulub, bu gün TANAP layihəsinin də təməli Qarsda qoyulacaq”.

Yenicag.az apa-ya istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Qarsda inşa edilmiş Heydər Əliyev Anadolu Peşə və Texniki Liseyinin açılış mərasimində çıxışında deyib. O bildirib ki, bu gün TANAP layihəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Gürcüstan prezidenti də Qarsa gəlib: “Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığı, qardaşlığı, birliyi əbədidir. Bu üç ölkə bundan sonra da bir yerdə olacaq, bir yerdə öz gələcəklərini quracaq, bir-birinə həmişə arxa, dayaq olacaqlar. Əminəm ki, TANAP layihəsinin icrası bütün türk dünyası üçün əziz diyar olan Qarsın inkişafı üçün də yeni imkanlar açacaq. Yaşasın Türkiyə-Azərbaycan birliyi və qardaşlığı!”

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05