Azərbaycanda 69 nəfər qanunsuz yolla kollecə qəbul olunub

media-hightechnic-468x90

1_91410847037Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulunun aparılması faktı aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulu ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

“Tələbə-Məzun” dövlət elektron sisteminin monitorinqi zamanı 2012-2013 və 2013-2014-cü tədris illəri üzrə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş, lakin keçid balı toplaya bilməyən 69 abituriyentin TQDK-nın bəzi əmrlərinin saxtalaşdırılaraq kollecə qəbul edilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600