!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda "ağıllı maska" hazırlandı - FOTO

!Reklam – Yazi

Azərbaycanda startap layihəsi çərçivəsində “Keen Mask” interraktiv maska təqdim olunub.

Yenicag.az xəbər verir ki, “Keen Mask” istifadə olunmuş tibbi maskaların ətraf mühitə vurduğu zərəri azaltmağı hədəfləməklə yanaşı, tibbi maskalarla kommunikasiya zamanı yaranan çətinliyi azaltmağa xidmət etməyi planlayan startapdır.

Belə ki, “Keen Mask” yenilənə bilən filtri sayəsində uzunmüddət istifadə oluna bilir. Bu isə tibbi maskaların təbiətə vurduğu zərəri daha da azaldır.

Tibbi maska “Keen Mask” üzərində olan QR kod isə tələb olunan məlumatları sürətli və innovativ üsulla əldə etməyə kömək edəcək. Maskanın innovativ funksiyası ondan ibarətdir ki, “Bluetooth” funksiyası ilə mikrofon kimi mobil cihazlara qoşulur və maska ilə danışan zaman səsucaldan rolunu oynayır. Bir sözlə, “Keen Mask” üzərində QR kodu olan ağıllı və interaktiv maskadır. Maska haqqında ideyalar pandemiyadan öncə olsa da, pandemiya dövrü həmin ideyanın reallaşmasını sürətləndirdi.

Qeyd edək ki, “Keen Mask” interaktiv maskasının ideya müəllifi Cuma Tahirovdur.

 

Gülşən Şərif

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv