!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda aqrar sektor böyüdü

!Reklam – Yazi

Bu ilin yanvar ayında Azərbaycanda 547,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Yenicag.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.

Bitkiçilik məhsullarının dəyəri 20,8 % artaraq 29,1 milyon manata çatıb. Heyvandarlıq məhsullarının dəyəri isə 1,3 % artaraq 518,7 milyon manat olub.

Qeyd edək ki, kənd təsərrüfatında 2025-ci ilin yanvar ayında diri çəkidə 47,3 min ton ət, 159,7 min ton süd, 193,7 milyon ədəd yumurta və 25,5 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 2 %, yumurta istehsalı 2,9 %, tərəvəz istehsalı 24,3 % artıb, süd istehsalı isə 0,6 % azalıb.

www.yenicag.az

106
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv