“Ümumi yanaşdıqda, son dövrlərin statistikası dünyada süd vəzi xərçəngi xəstəliyinin sayında artım olduğunu göstərir”.
Yenicag.az xəbər verir ki, bunu III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi və Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, bu gün dünyada ən çox yayılan onkoloji xəstəliklər sırasında süd vəzi xərçəngi ilk yerlərdə dayanır.
“Tarixi aspektdən yanaşsaq, süd vəzi xərçəngi yalnız müasir dövrün deyil, qədimdə də olan problemlərdən biridir. Düzür, müxtəlif dövrlərdə onun qarşısının alınması üçün müxtəlif yollar axtarılıb və təcrübə edilib, lakin o qədər də təsirli olmayıb. Qədim dövrlərdə papiruslara həkk edilən materiallara baxdıqda, əməliyyat keçirən insanların ən çoxu iki il yaşadığı görülür”.
“Ümumi yanaşdıqda, son dövrlərin statistikası dünyada süd vəzi xərçəngi xəstəliyinin sayında artım olduğunu göstərir. Paralel olaraq Azərbaycanda da bu xəstəliyin yayılma indeksində artım müşahidə edilir. Xatırlatmaq lazımdır ki, sözügedən problem əksər hallarda qadınlarda özünü büruzə verir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az