!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda daha əlçatan turizm şəbəkələri yaradılacaq" - Nazir  

!Reklam – Yazi

“Keçən il Azərbaycan turizm sahəsində rekord bir göstərici – 20 faizlik artım əldə etmişdi”

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda təşkil olunan Beynəlxalq Turizm Sərgisində jurnalistlərə açıqlamasında deyib. Nazir turizmin qeyri-neft sektoru üzrə ən çox inkişaf edən sahə olduğunu vurğulayıb:

“Cənab prezidentin apardığı siyasətin nəticəsində sözün əsl mənasında turizmimiz qeyri-neft sektorunun ən çox səmərə verən hissəsinə çevrilib. Hal-hazırda dünya miqyasında aparılan təhlillər Azərbaycan üçün çox nikbin proqnozlar verir. İnkişaf bundan sonra da böyük sürətlə davam edəcək. Biz də çalışırıq ki, bu sahədə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edək. Sizə ən son göstəriciləri çatdırmaq istəyərdim. Son üç ay müddətində keçən ilə nisbətən artımımız 12,5 faiz olub. Keçən il Azərbaycan turizm sahəsində rekord bir göstərici – 20 faizlik artım əldə etmişdi. Bu rəqəmlər isə onu göstərir ki, Azərbaycan cəmi üç ay ərzində böyük nailiyyətlər əldə edib. Biz bu templə inkişafı təmin etsək, növbəti mərhələdə nəzərdə tutduğumuz göstəriciləri əldə edə biləcəyik. Biz bu il ərzində ölkəmizə təxminən 3 milyon, növbəti iki il ərzində isə 3,5 milyon turistin gələcəyini proqnozlaşdırırıq”.

Əbülfəs Qarayev daha sonra təşkil olunan sərginin əhəmiyyətindən danışıb və bu barədə ətraflı məlumat verib:

“Sərgimiz ənənəvi bir sərgidir. Bu dəfə sərgidə iştirak etmək üçün BMT Ümumdünya Turizm Təşkilatının yeni seçilmiş baş katibi də Bakıya təşrif buyurub. Dünən o, cənab prezidentimiz tərəfindən də qəbul olundu. Sərgidə 20-dən çox ölkənin 270-dən artıq şirkəti iştirak edib”.

Nazir həmçinin, daxili turizmin də yüksək templə inkişaf etdiyini bildirib:

“Mən diqqətinizi başqa bir məqama da cəlb etmək istəyərdim, Azərbaycanda paralel olaraq daxili turizmin inkişafı çox önəmli bir istiqamət kimi qəbul olunur. Keçən ilə nisbətən bu il müəyyən qədər xaricə gedənlərin sayında azalma hiss olunur. Ən diqqət cəlb edən məqam isə ondan ibarətdir ki, kart hesablarına əsasən ötən il turizm məqsədilə Azərbaycanda xərclənən pul, azərbaycanlıların xaricdə xərclədiyi puldan çox olub. Biz bunu müsbət hal hesab edirik. Bu isə deməkdir ki, azərbaycanlılar turizm səfərlərini ölkə daxilində etməyə maraq göstərirlər. Bu tendensiya yeni otel şəbəkələrinin yaradılmasına şərait yaradacaq. Cənab prezidentin tapşırığına əsasən Azərbaycanda üçulduzlu, daha əlçatan turizm şəbəkələri yaradılacaq”.

Aytək Yusifsoy

Cəmalə Əlizadə

www.yenicag.az

2197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv