Goranboy rayonunda ağır yol qəzası baş verib.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Ulduz Eldar qızı Əmrahova, 1987-ci il təvllüdlü Xalidə Qiyas qızı Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Cəmşid qızı Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
İki nəfər – Cəmilə Əsgər qız Məmmədova xəstəxanaya çatdırıldıqdan sonra, Sahib Məmmədov isə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az