Azərbaycanda ən çox satılan TELEFONLAR

media-hightechnic-468x90

2021-ci ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung” liderliyini qoruyub.

Yenicag.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Hesabat dövründə smartfon və mobil telefonlar bazarında “Samsung”un payı iyul ayı ilə müqayisədə 1,1 faiz azalaraq 43,37 faiz təşkil edib.

İkinci yerdə qərarlaşan “Xiaomi”nin bazarda payı 0,38 faiz artaraq 34,2 faiz olub.

“Apple” smartfonlarının payı isə iyulla müqayisədə 0,77 faiz azalıb və 14,57 faizə bərabər olub.

Azərbaycanın mobil qurğular bazarında digər markaların payı isə 5,5 faiz təşkil edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa