Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlandı

media-hightechnic-468x90

“Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

Onun sözlərinə görə, ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb:

“Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə – 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir”.

İ.Kərimov bildirib ki, ötən il 550-dək hakim çoxsaylı təlim və ixtisasartırma kurslarına cəlb edilib:

“Hakimlər İttifaqının xətti ilə mülki və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində təşkil edilmiş təcrübə mübadiləsi proqramları da hakimlərimiz üçün faydalı olub. 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05