Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin AZALDI

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 486 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 465 446 nəfər müalicə olunaraq sağalıb, 6 584 nəfər vəfat edib, aktiv xəstə sayı 14 348 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 962, ötən müddət ərzində isə ümumilikdə 4 892 127 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600