Azərbaycanda nələr bahalaşdı?

media-hightechnic-468x90

manat_1802152015-ci ilin mart ayında ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərində əvvəlki ayla müqayisədə 0,9 faiz bahalaşma qeydə alınıb.

Bildirilib ki, ay ərzində toyuq ətinin, yumurtanın, göyərtinin qiymətlərində ucuzlaşma, buğda ununun, düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, qarğıdalı və zeytun yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kökün, çuğundurun, soğanın, sarımsağın, kartofun, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.

Mart ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, iri və kiçik alət və avadanlıqların, minik avtomobili və minik avtomobilləri üçün ehtiyyat hissələrinin, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.

azvision.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600