Azərbaycanda pandemiya ilə bağlı SON VƏZİYYƏT

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 200 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 532 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 495 353 nəfər müalicə olunaraq sağalıb, 7 101 nəfər vəfat edib, aktiv xəstə sayı 30 116 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 161, ötən müddət ərzində isə ümumilikdə 5 202 697 test aparılıb.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600