Azərbaycanda sənaye şokolad istehsal ediləcək

media-hightechnic-468x90

img1736409Azərbaycanın “Azərsun Holdinq” şirkətlər qrupu 2015-ci ildə Bakıda sənaye şokoladı istehsalı üzrə yeni fabrik açacaq.
O, qeyd edib ki, sənaye şokoladı istehsalı üzrə fabrik hazırda Bakıda inşa edilir: “Biz fabrikin məhsullarını istehlak şokoladının istehsalı üçün şirkətlərə göndərəcəyik. Bununla yanaşı, fabrikdə günəbaxan halvası, lokum, marmelad və s. istehsalına da başlanacaq”.

media-banner_tkm

Onun sözlərinə görə, bu il İmişlidə yem zavodunun istismara verilməsi də planlaşdırılır: “Yem zavodunun gücü ildə 200 min ton təşkil edəcək. Biz müəssisənin martın sonunda istismara veriləcəyini gözləyirik”.

Azərbaycanda 1991-ci ildə əsası qoyulan “Azərsun Holdinq” şirkətlər qrupu bu gün ölkədə ərzaq məhsullarının istehsalı, ticarət və kənd təsərrüfatı sahəsində liderlik edən şirkətdir.

(musavat.com)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05