Azərbaycanda vaksinin ikinci dozasını vurduranların sayı AÇIQLANDI

media-hightechnic-468x90

Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş vaksinasiya olunub.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabinetinin məlumatına görə, 207 mindən artıq vətəndaş COVID-19-a qarşı 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.

İndiyə qədər ölkəyə 1 milyon 63 min doza vaksin gətirilib.

Qeyd edək ki, yaşı 65-dən yuxarı vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 75 762 nəfər, 2-ci doza peyvəndi qəbul edənlərin sayı 1 312 nəfər olub.

50-64 yaşlarında olan vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 90 950 nəfər, 2-ci doza qəbul edənlərin sayı 14 638 nəfər olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600