Azərbaycanda yenidən əfv olacaq?

media-hightechnic-468x90

gyhyukAzərbaycanda yenidən əfv sərəncamının imzalanacağı gözlənilir. Hüquq müdafiəçiləri və parlament üzvləri bu məsələdə ümidli təsir bağışlayırlar. Hətta ictimaiyyət nümayəndələri də əfvin Qurtuluş günü ərəfəsində olacağını hesab edirlər. Bu iddalara səbəb ki, həbsi mübahisə doğuran şəxslərin 26 May sərəncamı ilə azadlığa çıxmaması göstərilir.

Baxmayaraq ki, prezident İlham Əliyev tərəfindən 28 May –Respublika günü ərəfəsində sərəncam verildi, buna rəğmən yaxın zamanlarda təkrarən əfvin olacağına dair ümidlər böyükdür.

Hüquq müdafiəçisi Səidə Qocamanlı Əfvin olacağını bildirib. AzVision.az-a açıqlama verən hüquq müdafiəçisi belə bir sərəncamın AŞPA-nın sessiyası ərəfəsində, yaxud qurtuluş gününə yaxın gözlədiklərini qeyd edib.

“Biz ümid edirik ki, AŞPA-nın sessiyası ərəfəsində əfv fərmanı olacaq. Ola da bilər ki, əfv fərmanı qurtuluş günü ərəfəsinə düşsün. Amma, yenə deyirəm ki, prezidentin əfv fərmanı verəcəyinə ümid edirik”.

Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də yenidən böyük əfv fərmanının imzalanacağını düşünür. O, bildirib ki, həbsi mübahisə predmeti olan və mübahisəli şəxslərlə bağlı böyük bir əfv fərmanı veriləcək.

Deputatın fikrincə, əfv fərmanı bu ay, yəni iyunda veriləcək.
Güman ki, fərman bu ay imzalanacaq: “Bizim mütəmadi dövlət orqanlarının rəhbərləri ilə görüşlərimiz bunu deməyə əsas verir”.

Xatırladq ki, Prezidentin Respublika günü ərəfəsində imzaladığı sərəncama görə, 157 məhbus cəzasının çəkilməmiş hissəsindən, 2 nəfər şərti məhkumluqdan, 1 nəfər islah işlərindən, 11 nəfər isə cərimə cəzasından azad edilsə də, siyasi məhbus hesab olunan 5 nəfər azadlığa buraxıldı. Əfv olunanlardan 16 nəfəri xarici ölkə
vətəndaşlarıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600