“Azərbaycanın dövlət ehtiyatları xarici borclarından 8 dəfə çoxdur”

media-hightechnic-468x90

azay_quliyev_yeni1Hökumət ötən il iqtisadi artım tempini saxlaya bildi.

Bunu millət vəkili Azay Quliyev deyib.

O bildirib ki, ötən il biz 3 faizlik artıma nail olduq: “Xüsusi önəm kəsb edən məsələlərdən biri də bu idi ki, dövlət, hökumət son illər qarşısında çox mühüm bir məqsəd qoyub ki, qeyri-neft sektoru inkişaf etsin. Nəhayət ki, ilk dəfə idi ki, 2014-cü ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı demək olar ki, 60 faizlik limiti keçdi, 62 faizə çatdı. Eyni zamanda, büdcədə də 30 faiz limit keçildi və 34 faiz büdcə gəlirləri qeyri-neft sektoru hesabına formalaşdı”.

Millət vəkilinin sözlərinə görə, çox sevindirici haldır ki, Azərbaycanın dövlət ehtiyatları xarici borclarından 8 dəfə çoxdur: “Bu da çox ciddi makro iqtisadi göstərici hesab oluna bilər: “Bu rəqəm bütövlükdə Ermənistanın 25, Gürcüstanın 17, Belarusun dövlət ehtiyatlarından isə 6 dəfə çox olmaqla, hətta neft ölkəsi olan Qazaxıstanı 40 faiz üstələyir”.

A.Quliyev bildirib ki, əhalinin məmnunluğunu təmin edən mühüm layihələrdən biri də ASAN xidmətdir: “Ötən il 7 mərkəz tərəfindən 6,5 milyon vətəndaşa xidmət etmək üçün şərait yaradılıb. Ötən ildə ən vacib məsələlərdən biri də I Avropa Yay Olimpiya Oyunlara hazırlıq idi. Əminəm ki, hökumət bunun öhdəsindən layiqincə gələ bildi. Çoxlu sayda infrastruktur layihələri həyata keçirdi. Əminəm ki, bu oyunlar ölkəmizdə yüksək səviyyədə həyata keçiriləcək”.

O qeyd edib ki, kənd təsərrüfatı sahəsində də ötən il ciddi nailiyyət əldə edilib.
Millət vəkili seçildiyi Şirvan şəhərinin Bayramlı qəsəbəsində fəaliyyəti dayandırılmış pambıq zavodu haqda da danışıb. O deyib ki, həmin zavodun aqibətinə baxılmalıdır: “Çünki 3 min nəfərdən çox sakin işsizliklə üz-üzədir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600