!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları: Hansı inkişafa nail olunub? - TƏHLİL

!Reklam – Yazi

Tariyel Ağazadə: “Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sahəsində qlobala çıxış potensialı yüksək olan ölkədir”.

Elvin Abbasov: “Günümüzdə Azərbaycan da dünyada gedən internet rəqabətinin içindədir”.

Müasir dövrümüzün əsas və mühüm tələblərindən biri də informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məsələsidir.

Bu gün Azərbaycanın istər sosial, istərsə də iqtisadi mühitində vacib rolu üstlənən həmin sahə inkişafına görə bir çox ölkələrdən yaxşı mənada fərqlənir.

Texnologiyaların inkişafı istiqamətində gündən-günə daha da təkmilləşən dünyada Azərbaycan heç də geridə qalmır. Müxtəlif layihələr çərçivəsində atılan addımlar yetəri qədər uğurlu alınır.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən “Tedroid Media Group”un həmtəsisçisi Tariyel Ağazadə bildirib ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsi inkişaf mərhələsindədir:

“Son illərdə həm dövlət, həm də özəl sektor tərəfindən bu sahəyə önəm verildiyi xüsusi diqqət çəkir. Belə ki, istər dövlət qurumlarında, istərsə də şirkətlərdə informasiya texnologiyaları sahəsinə artan tələb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaradılmasını zəruri etdi. Sözügedən agentliyin əsas hədəfi isə Azərbaycanda həmin sahədə inkişafın təmin edilməsidir.

Düzdür, ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişaf yolunda kifayət qədər məsafə qət etsək də, hələ görüləcək çox iş var. Misal üçün Çinin bu sahədəki inkişaf trayektoriyasını izləyək. Bildiyimiz kimi, Çin inkişaf etməkdə olan ölkədir. Lakin texnologiya sahəsinə həssas yanaşması onu dünyanın inkişaf etmiş dövlətlərinə məhsul ixrac edən ölkəyə çevirib.

Azərbaycan bu sahədə qlobala çıxış potensialı yüksək olan ölkədir. Burada isə əsas yük Elm və Təhsil Nazirliyinin üzərinə düşür ki, savadlı və təcrübəli kadrlar yetişdirilməlidir. Özəl və dövlət sektoru isə həmin kadrların üzə çıxarılmasında iştirak etməlidir. Yəni bu sahə üçün gedəcəyimiz hələ uzun yol olsa da, ilk addımlarımızı atmışıq. Gələcək nəticələrin həqiqətən də möhtəşəm olacağını ümid edirik”.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini açıqlayan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov isə qeyd edib ki, bu gün Azərbaycanda 2.1 milyon ev təsərrüfatı fiber optik internetlər təmin olunub.

“Artıq 4 ildir fəaliyyət göstərən “Onlayn Azərbaycan” layihəsinin sonuncu ilindəyik. Hazırki göstəricilərə baxsaq Azərbaycanın 70%-nin fiberotptik internetlə təchiz edilib. Yəni ucqar rayon və kəndlərdə belə internetin əlaçatanlığı yüksək səviyyədədir”, – deyə o bildirib.

E.Abbasov qeyd edib ki, əlavə olaraq həm dövlət, həm də özəl sektor xidmətlərini rəqəmsal müstəviyə keçirdikcə internet zəruri hala çevrilir:

“Məsələyə qlobal yanaşsaq, artıq dünyada internetin kommunal sahənin tərkib hissəsi sayıldığını görərik. Bir sözlə qaz, işıq və su kimi internet də kommunal sahənin tərkibindədir.
Günümüzdə Azərbaycan da dünyada gedən internet rəqabətinin içindədir. Rəqabət isə inkişaf üçün əlverişli mühit yaradır. Nəticə etibarilə ölkəmiz bu sahədə çox sürətlə inkişaf etməkdədir. Dünyanın sürətli internet kimi qəbul olunan limiti 25 mbit/s hesab edilir. 37 mbit/s göstərici ilə Azərbaycan sürətli internet dövrünə keçid edib. Bu isə rəqəmsal iqtisadiyyatın inkişafında ən böyük amillərdən biridir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

COP29

www.yenicag.az

2037
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv