Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artdı

media-hightechnic-468x90

Cari ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 771,9 milyon dollar təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın aprel sayına dair ilkin göstəricilərində qeyd olunub.

İcmala əsasən, cari ilin ilk üç ayında yeyinti məhsullarının ixracı 15,1 faiz artaraq 224,7 milyon dollara bərabər olub.

İİTKM-in verdiyi məlumata əsasən, bu ilin yanvar-mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 46,7 milyon dollar və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon dollar və ya 76,8 faiz, kimya sənayesi məhsulları 21,9 milyon dollar və ya 33,4 faiz, şəkər 976,3 min dollar və ya 18,8 faiz, meyvə-tərəvəz 20,8 milyon dollar və ya 15,7 faiz alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon dollar və ya 10,2 faiz, spirtli və spirtsiz içkilər 724 min dollar və ya 5,7 faiz, çay 74,1 min dollar və ya 5,1 faiz, bitki və heyvan mənşəli piylər və yağları 237,9 min dollar və ya 4,2 faiz, pambıq iplik 22,1 min dollar və ya 0,4 faiz artıb.

2025-ci ilin yanvar-mart aylarında ixrac olunan aqrar məhsullar 12,3 faiz artaraq 170,5 milyon dollar, aqrar-sənaye məhsulları 17,6 faiz artaraq 69,1 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 13,8 faiz artaraq 239,6 milyon dollar təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600