Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal şəkildə davam etdirilir.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi açıqlama yayıb.
Açıqlamada deyilir ki, bu məqsədlə səfirlikdə 46 və 47, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqəsi yaradılıb.
Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 8:00-19:00-da ölkəmizin ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.
Seçki məntəqələrinin ünvanları:
Azərbaycanın Türkiyədəki səfirliyi: Diplomatik site, Bakü sokak No:1, Oran/Ankara;
İstanbul şəhərindəki baş konsulluğu: Zeytinoğlu Caddesi No 65, Akatlar, Beşiktaş / İstanbul;
Qars şəhərindəki baş konsulluğu: Yusif Paşa məhəlləsi Heydər Əliyev prospekti N: 9, Kars / Mərkəz;
Seçkilərdə iştirakla bağlı suallar üçün Türkiyədəki vətəndaşlarımız +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər.
www.yenicag.az