!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi məlum oldu

!Reklam – Yazi

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 115 ölkəyə məhsul ixrac olunub, 157 ölkədən idxal olunub.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26239,4 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 15446,2 milyon dollarını və ya 58,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 10793,2 milyon dollarını (41,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4653,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz azalıb.

2024-cü ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,6 faiz, real ifadədə 16,3 faiz azalaraq 1874,7 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,1 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,6 faizi Rusiya, 7,3 faizi Çin, 4,3 faizi İsrail, 3,2 faizi Almaniya, 2,7 faizi ABŞ, 2,6 faizi Hindistan, 2,4 faizi Çexiya, 2,2 faizi Avstraliya, hər biri 2,0 faiz olmaqla Xorvatiya və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla Portuqaliya və Yunanıstan, hər biri 1,3 faiz olmaqla Gürcüstan, Bolqarıstan və İran, 1,2 faizi Rumıniya, hər biri 1,0 faiz olmaqla Ukrayna, Tailand və Türkmənistan, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 12,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

 

COP29

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv